Su əsaslı boyaların özəllikləri nələrdir?
Məqalə
Şərhlər 1
Tərkibinə görə su əsaslı boyalar akrilik, stiren akrilik, lateks və polivinil asetat tərkibli olurlar. Akrilik, stiren akrilik, lateks əsaslı boyalar isə xarici məkan istifadəsi üçün daha çox tövsiyə edilir. Onlar ultrabənövşəyi şüalara və ətraf mühitin təsirlərinə davamlıdırlar. Povinil asetat əsaslı boyalar isə daxili məkan istifadəsi üçün tövsiyə edilir və digərlərindən fərqli olaraq ultrabənövşəyi şüalarına daha az davamlıdır. Lakin üstünlüyü ondadır ki, həmin povinil asetat əsaslı boyalar istifadə edildiyi zaman divarda hamar və ipək səth yaradır.
Su əsaslı boyalar kimyəvi tərkibinə görə aşınmaya, temperatur dəyişiklərinə və ətraf mühitin təsirlərinə davamlıdır. Xarici məkanlar üçün nəzərdə tutulan boyaların tərkibi bağlayıcı- stiren akrilik və dolğu maddəsi olaraq, məhsulun keyfiyyətini, su qovucu xüsusiyyətlərini artırır. Sutut və su əsaslı parlaq boyalar səthi sudan, nəmdən ideal qorumaq xüsusiyyətlərinə malikdirlər. Bu boyalar hətta elastik xüsusiyyətlərinə görə də digər boyalardan seçilir. Saten boyaları da həmçinin su qovucu və və yüksək elastikliyə malikdir. Saten boyalarını həm daxili, həm də xarici məkanlar üçün istifadə etmək mümkündür. Tekstur boyalarının tərkibində iri mərmər, kvars dənələri olduğundan səthə dekorativ görünüş verir və divarda olan əyrilikləri gizlədir.
Ümumiyyətlə araşdırmalar onu göstərir ki, su əsaslı boyalar uzun ömürlü olurlar və istifadəsi çox rahatdır. Göstərilmiş nisbətdə su ilə rahat durulaşdırılır, fırça, rulo, pulverizator və tapança ilə asanlıqla tətbiq olunur. Su əsaslı boyaların digər boyalardan əsas üstünlüyü yaş vəziyyətdə və quruduqdan sonra zərərli kimyəvi maddələri ətraf mühitə buraxmır. Tətbiq etdiyiniz zaman, mütləq şəkildə məhsulu əldə etdiyiniz mağazadan verilən qaydalara uyğun şəkildə istifadə etməlisiniz.
İstehsal etdiyimiz Corella brendinə aid olan su əsaslı boyalarımız sizin üçün ideal seçimdir. Su əsaslı boyalarımız tələb olunan bütün standartlara cavab verir və kəskin qoxusu yoxdur. Geniş rəng kataloquna, yüksək örtücülük, adgeziya, yapışma xüsusiyyətlərinə malikdirlər və aşınmaya davamlıdırlar.
Yeni xəbər və aksiyalar
Boyama prosesi necə olmalıdır?"
Çoxları düşünür ki, boyama, sadəcə boyanı alıb səthə bir qat çəkməkdən ibarətdir. Belə etmək olar, amma bu uzunmüddətli olmayacaq. Ona görə biz 3
Daha ətraflı
Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri"
Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər vasitəsilə qəbul edirik. Həmin rənglərdən asılı olaraq
Daha ətraflı
Duzlaşma və onu əmələ gətirən amillər hansılardır?"
Divarları hər nə qədər sağlam, bahalı materiallardan istifadə edərək təmir etsək də, bəzən, qarşıya müəyyən problemli məsələlər çıxır. Çünki,
Daha ətraflı
Su əsaslı boyaların özəllikləri nələrdir?"
Su əsaslı boyalar orta qatılığa (viskozitəyə) malik olan emulsiyadır və su ilə durulaşdırılır. Bu boyaların üstünlükləri, tərkibində üzvü
Daha ətraflı