Boyama prosesi necə olmalıdır?
Məqalə
Şərhlər 1
• Səthin hazırlanması
• Astarın çəkilməsi
• Son qatın çəkilməsi
Səthin hazırlanması, onun vəziyyətindən asılıdır. Əgər, boyanacaq səth yaxşı vəziyyətdədirsə, hazırlıq çətin olmayacaq. Amma əgər səthin vəziyyəti ürəkaçan deyilsə, o zaman boyamadan öncə işləmək lazım gələcək. Astardan istifadə etmək vacib deyil. Bu da səthin keyfiyyətindən asılıdır.
Səthin boyamaya hazırlanması :
Səthin boyama üçün hazırlanması işin əsas hissəsidir. Bu, səthin boyanmasından iki dəfə çox vaxt apara bilər. Amma sonda əldə edilən uğurlu nəticə üçün əziyyətə dəyər.
Səthin son qat boyamaya düzgün hazırlanması nəticəsində:
• Boya daha möhkəm yapışacaq
• Hamar və qüsursuz olacaq
• Eyni bərabərlikdə quruyacaq
• Daha uzunmüddətli olacaq
Səthi boyamaya hazırlamaq üçün nə etmək lazımdır ?
• Əvvəlcə, köhnə səthi qaşıyıb, təmizləmək
• Cilalamaq
• Səthin əyriliklərini macun ilə aradan qaldırmaq
• Çat və qovuşma yerlərini bağlamaq
• Səthi təmizləmək
Səthi cilalamaq ona görə lazımdır ki:
• Cilalı səthə boya daha yaxşı yapışır
• Qabığı çox soyulmayan səthi boyamaya hazırlamaq
• Yeni astarlanan səthdən xovları kənar etmək
• Boyamadan əvvəl qeyri-mat boya ilə səthin çatışmazlıqlarını düzəltmək
• Çəkilən zamaska ilə səthi düzləşdirmək
ASTARIN TƏTBİQİ
Astarın çəkilməsi boyama prosesinin ikinci mərhələsidir. Astar isə səthin örtülməsinin birinci mərhələsidir. Astar səthi son qatı çəkmək üçün hazırlanır. Astar həmişə vacib deyil, amma elə hallar var ki, onun tətbiqi zəruridir.
Astarın yerinə yetirdiyi funksiyaları sadaladıqdan sonra onun nə vaxt vacib olduğu aydınlaşacaq. Beton və gipskarton kimi materiallar süngər kimi məsaməli olur və boyadakı qətranı canına çəkir. Astar səthi izolyasiya edir, nəticədə qatran sızmır və üzə çıxmır. Bu forma sərfəlidir, çünki boyanın son qatını bir neçə qat çəkməyə ehtiyac qalmır.
Adgeziyanı yaxşılaşdırır və qələviləşmədən müdafiə edir. Səthin hazırlanması prosesində son qat ötürmə astarla müqayisədə daha az kaprizli materiallardır. Onlar tez quruyaraq, bütün boyama prosesinin korlanmasının qarşısını alır.
Əhəngli səthləri bağlayır. İstənilən boyanın tərkibində əhəng olur. Ona görə əhəng səthdə bərk olmalıdır, çünki əks halda boya soyulub tökülə bilər. Astarlama boyanın səthdə bərkiməsinə kömək edən bağlayıcı materialdır.
Ağac səthi taninli (ağac materialın hasil etdiyi xüsusi maddə) ləkələrdən qoruyur. Astarlama ağac səthdə taninlərin üzə çıxmasının qarşısını alır və son qatı korlamasına imkan vermir . Və nəhayət astarlama metalın korroziyasının qarşısını alır.
SON QAT – BOYAMA
Son qat - boyama prosesinin yekun mərhələsidir. Bu divarda görünəcək hissədir. Ona görə son qat üçün hansı materialın seçilməsi boyanan səthdən və hər bir şəxsin tələblərindən asılıdır. Boyaların növləri çoxdur. Bu baxımdan boyanacaq səth barədə fikirləşmək lazımdır, yəni bu daxili məkana, yoxsa xarici məkana aiddir. Sonra hansı əsaslı boya tələb olunur, su əsaslı, yoxsa sintetik.
Daha sonra necə bir görünüşə nail olmaq tələb olunur, mat, yarı mat, yoxsa parlaq. Necə bir boya seçilməlidir, yüksəkkeyfiyyətli, superkeyfiyyətli, yoxsa peşəkar səviyyəli. Bütün bu tələbləri əhatə edəcək boyaları AZPOL, Corella və Bermuda, Muflon markasının çeşidlərindən seçmək olar.
Yeni xəbər və aksiyalar
Boyama prosesi necə olmalıdır?"
Çoxları düşünür ki, boyama, sadəcə boyanı alıb səthə bir qat çəkməkdən ibarətdir. Belə etmək olar, amma bu uzunmüddətli olmayacaq. Ona görə biz 3
Daha ətraflı
Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri"
Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər vasitəsilə qəbul edirik. Həmin rənglərdən asılı olaraq
Daha ətraflı
Duzlaşma və onu əmələ gətirən amillər hansılardır?"
Divarları hər nə qədər sağlam, bahalı materiallardan istifadə edərək təmir etsək də, bəzən, qarşıya müəyyən problemli məsələlər çıxır. Çünki,
Daha ətraflı
Su əsaslı boyaların özəllikləri nələrdir?"
Su əsaslı boyalar orta qatılığa (viskozitəyə) malik olan emulsiyadır və su ilə durulaşdırılır. Bu boyaların üstünlükləri, tərkibində üzvü
Daha ətraflı