İpək mat vernik
- Məhsul: 00030
- Məhsul Kodu: 001
- Çəki: 25KQ
- Bölmə: Corella / Laklar və dolğular
Məhsul haqqında
Fikirlər 0
Video izah
Məhsul haqqında ümumi anlayış:
Yüksək keyfiyyətli nitro sellüloz və özəl alkid əsaslı, bir komponentli, səthə yarımat görünüş verən son qat vernikdir. Tez quruyur, sürtünməyə, zərbəyə və cızılmaya dayanıqlıdır. Lakin yüksək şəffaflığı ağacın strukturunu üzə çıxardır, səthə dekorativ görünüş verir.
_____________________________________________________________________
Tətbiq sahəsi:
Corella Sellülozik İpək Mat Vernik hər cür taxta məmulatları üzərində istifadə edilir. Daxili istifadə məqsədli mebel və dekorasiya işlərində səthə iki və ya üç qat vurularaq istifadə oluna bilər.
______________________________________________________________________
Texniki göstəricilər:
Rəngi: səffaf,rəngsiz
Parlaqlıq dərəcəsi,600 yarımat, 26-29%
Kütləcə qatı maddə miqdarı, % : 25 ± 1%
Sıxlıgı , gr/ sm3: 0,940-0,950
Özlülüyü ,250C, Din cap N 4,san.: 140 ÷ 160
Praktiki sərf norması: 10-12m2/litr ,səthin
özəlliyinə bağlı
İstifadə metodu: Diyircəli fırça və ya enli fırça ilə tətbiq edilir. Havasız tapança və ya konvensiyalı tapança istifadə oluna bilər.
Tətbiq ediləcək səthin hazırlanması:
Corella Sellülozik İpək Mat Vernik tətbiq edilməzdən əvvəl yeni səth tozdan , yağ qalıqlarından kirdən tam təmizlənib quru olmalıdır. Taxta üzərinə Sellülozik dolğu vernik vurulmalıdır. Əgər tətbiq olunacaq səthdə qüsurlar çoxdursa , düyün və qırıntılar varsa səth lazımı vasitə ilə hamarlanır. Səth Sellülozik Tiner ilə təmizləndikdən sonra taxta aralarında olan boşluq və çuxurlar dolğu lakına ağac tozu qatılaraq doldurulmalı və bundan sonra bir daha bütün səth sumbata kağızı ilə hamarlanıb tozdan təmizlənməlidir.
Köhnə səthə dolğu vernik vurulmazdan əvvəl səthin üzəri lak və boya qalıqlarından tamamilə azad olunur (aparatla səth cilalanır) və lazımı təmirdən sonra hamarlanıb tozdan təmizlənir. Sonda dolğulanmış səthə Sellülozik İpək Mat Lak vurulur.
Dolğu Vernikin tətbiqi:
Tətbiq zamanı havanın temperaturu ( + 5) ÷ (+35)0C arasında olması , havanın rütubəti isə 55 ÷ 60 % -dan çox olmaması tövsiyə edilir. Güclü külək və sürətli hava axını olmamalıdır.
Dolğu vernik ilk öncə yaxşıca qarışdırılmalıdır. Corella Sellülozik Dolğu vernik fırça, rulo havasız tapança və ya konversiyalı tapança ilə tətbiq edilə bilər. Tətbiq metoduna uyğun dolğu vernik Corella Sellülozik Thinner ilə duruldularaq tətbiq edilir.
İstənilən səthin düzgünlüyünə görə ən az 2 qat tətbiq olunmalıdır. çox dolğun və düzgün bir səth arzu olunarsa ( çox lüks məkanlar üçün) dolğu vernik 4-5 qat tətbiq edilməlidir. Qatlar arasında minimum 30 dəqiqə gözləmək lazımdır. Dolğu qatının tətbiqindən ən az 2-3 saat sonra ( 250C temp., nəmlik RH= 55% ) bütün səth şkurkalanıb , tozdan təmizlənməlidir.
Corella Sellülozik dolgu vernik üzərindən son qat olaraq Corella Sellülozik İpək Mat Vernik vurulması tövsiyə edilir. Yüksək örtücülük almaq üçün ən az iki qat vernik vurulmalıdır.
Quruma zamanı:
Quruma vaxtı əsasən, hava şərtlərinə, filmin qalınlığına və atılan qat sayına bağlıdır.
- İpək Mat Vernik tətbiq edilən ərazi yaxşı havalandırılmalıdır;
- İpək Mat Vernik tövsiyə edilən qalınlıqda vurulmalıdır;
- Qalınlıq - səthin üzərinə vurulacaq qatların sayı nəzərə alınaraq vurulmalıdır.
Havanın temperaturu 100C 230C 400C
Üst quruma , 1 – 1,5 saat 20- 30dəq 10 dəq
Tam (sərt) quruma 2 – 3 saat 1 – 2 saat 0,1 – 1 saat
Hamarlana bilmə 8 – 10 saat 3 – 5 saat 1 – 3 saat
Öncə görülən təhlükəsizlik tədbirləri:
Sellülozik İpək Mat Vernik əsasən, mebel fabrikləri üçün nəzərdə tutulduğuna görə sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur. Sellülozik İpək Mat Vernik istifadə edildikdə yuxarıda göstərilən qaydalara riayət edilməlidir. Xüsusi iş paltarından, eynək və əlcəkdən istifadə edilməsi məsləhətdir.
Sağlamlıq və təhlukəsizlik şərtləri:
Təhlükə xəbərdarlıqları:
R 10: Alovlana bilər. Parlama nöqtəsi 210C
R 20/21/ 22: Udulduqda, dəri və tənəffüs ilə təmasda olduqda sağlamlığa ziyandır.
R 36/37/38 : Qoruyucu eynək və respiratordan istifadə edin.
R 51: Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin
Təhlükəsizlik xəbərdarlıqları:
S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı.
S 3/7/9 : Sərin yerdə , ağzı qapalı, orijinal qablaşdımada saxlanılmalı.
S 16: Yanıcı mənbələrdən uzaq saxlanılmalı.
S 24/25: Göz ,üz və dəri ilə təmasda olmasından qorununulmalı.
S 29: Kanalizasiya və su kanallarına atılmamalı.
S 46: Dəriyə və gözə düşdükdə çox miqdarda su və sabunla
yuyulmalı, udulduqda həkimə müraciət edilməlidir.
Saxlama şərtləri:
Saxlama müddəti: 5-350C-də 3 ildir, istifadə müddəti bitdikdə mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir.
Saxlama şəraiti: Havalandırmasi olan anbarlarda, ağzı bağlı açılmamış qablaşdırmada , quru və sərin yerdə.
Məhsulun qablaşdırılması:
Dəmir qutularda : 0,75 Lt; 2,5 Lt; 12 Lt; 15 Lt
Diqqətinizə çatdırılır: Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə mütəxəssis olmalı və əlavə məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və nəzəri məlumatları əldə etmək, təlimatları öyrənmək vacibdir.

Digər məhsullar