Sellülozik mat lak
- Məhsul: 00033
- Məhsul Kodu: 001
- Çəki: 25KQ
- Bölmə: Corella / Laklar və dolğular
Məhsul haqqında
Fikirlər 0
Video izah
Məhsul haqqında ümumi anlayış:
Yüksək keyfiyyətli nitro sellüloz və özəl alkid əsaslı, bir komponentli, səthdə mat görünüş yaradan son qat vernikdir. Tez quruyur, sürtünməyə, cızılmaya və zərbəyə dayanıqlıdır. Lakin yüksək şəffaflığı ağacın strukturunu üzə çıxardır, səthə dekorativ görünüş verir.
Tətbiq sahəsi:
Corella Sellülozik Mat Vernik hər cür taxta məmulatları üzərində istifadə edilir.
Daxili istifadə məqsədli mebel və dekorasiya işlərində səthə iki və ya üç qat vurularaq istifadə oluna bilər
Texniki göstəricilər:
Rəngi: səffaf
Parlaqlıq dərəcəsi,600 mat, max 10%
Kütləcə qatı maddə miqdarı, % : 25 ± 2 %
Sıxlığı , gr/ sm3: 0,940-0,960
Özlülüyü ,250C, Din cap N 4,san.: 140 ÷ 160
Praktiki sərf norması: 10-12m2/litr ,səthin özəlliyinə bağlı
Istifadə metodu: Diyircəkli və ya enli fırça ilə tətbiq edilir. Havasız tapança və ya konvensiyalı tapança istifadə oluna bilər.
Tətbiq ediləcək səthin hazırlanması:
Corella Sellülozik mat vernik tətbiq edilməzdən əvvəl yeni səth tozdan, yağ qalıqlarından, kirdən tam təmizlənib quru olmalıdır. Taxta üzərinə Sellulozik dolğu vernik vurulmalıdır. Əgər, tətbiq olunacaq səthdə qüsurlar çoxdursa, düyün və qırıntılar varsa səth lazımı vasitə ilə hamarlanır. Səth Sellülozik Thinner ilə təmizləndikdən sonra taxta aralarında olan boşluq və çuxurlar dolğu vernikə ağac tozu qatılaraq doldurulmalı və bundan sonra bir daha bütün səth sumbata kağızı ilə hamarlanıb tozdan təmizlənməlidir.
Köhnə səthə dolğu vernik vurulmazdan əvvəl səthin üzəri lak və boya qalıqlarından tamamilə azad olunur (aparatla cilalanır) və lazımi təmirdən sonra hamarlanıb tozdan təmizlənir. Sonda dolğulanmış səthə Sellulozik Mat Vernik vurulur.
Dolğu Vernikin tətbiqi:
Tətbiq zamanı havanın temperaturu ( + 5) ÷ (+35)0C arasında olması, havanın rütubəti isə 55 ÷ 60 % -dan çox olmaması tövsiyə edilir. Güclü külək və sürətli hava axını olmamalıdır.
Dolğu vernik ilk öncə yaxşıca qarışdırılmalıdır. Corella Sellülozik Dolğu vernik fırça, rulo havasız tapança və ya konversiyalı tapança ilə tətbiq edilə bilər. Tətbiq metoduna uyğun dolğu vernik Corella Sellülozik Thinner ilə duruldularaq tətbiq edilir.
İstənilən səthin düzgünlüyünə görə ən az 2 qat tətbiq olunmalıdır. Çox dolğun və düzgün bir səth arzu olunarsa ( çox lüks məkanlar üçün) dolğu vernik 4-5 qat tətbiq edilməlidir. Qatlar arasında minimum 30 dəqiqə gözləmək lazımdır. Dolğu qatının tətbiqindən ən az 2-3 saat sonra ( 250C temp., nəmlik RH= 55% ) bütün səth şkurkalanıb , tozdan təmizlənməlidir.
Corella sellülozik dolgu vernik üzərindən son qat olaraq Corella Sellulozik Mat Vernik vurulması tövsiyə edilir. Yüksək örtücülük almaq üçün ən az iki qat vernik vurulmalıdır.
Quruma zamanı:
Quruma vaxtı əsasən, hava şərtlərinə, filmin qalınlığına və atılan qat sayına bağlıdır.
- Mat Vernik tətbiq edilən ərazi yaxşı havalandırılmalıdır;
- Mat Vernik tövsiyə edilən qalınlıqda vurulmalıdır;
- Qalınlıq - səthin üzərinə vurulacaq qatların sayı nəzərə alınaraq vurulmalıdır.
Havanın temperaturu 100C 250C 400C
Üst quruma , 1 – 1,5 saat 20- 30dəq 10 dəq
Tam (sərt) quruma 2 – 3 saat 1 – 2 saat 0,1 – 1 saat
Hamarlana bilmə 8 – 10 saat 3 – 5 saat 1 – 3 saat
Öncə görülən təhlükəsizlik tədbirləri:
Sellulozik Mat Vernik əsasən mebel fabrikləri üçün nəzərdə tutulduğuna görə sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur. Sellulozik Mat Vernik istifadə edildikdə yuxarıda göstərilən qaydalara riayət edilməlidir. Xüsusi iş paltarından, eynək və əlcəkdən istifadə edilməsi məsləhətdir.
Sağlamlıq və təhlukəsizlik şərtləri:
Təhlükə xəbərdarlıqları:
R 10: Alovlana bilər. Parlama nöqtəsi 210C
R 20/21/ 22: Udulduqda, dəri və tənəffüslə təmasda olduqda sağlamlığa ziyandır.
R 36/37/38 : Qoruyucu eynək və respiratordan istifadə edin.
R 51: Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin
Təhlükəsizlik xəbərdarlıqları:
S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı.
S 3/7/9 : Sərin yerdə , ağzı qapalı, orijinal qablaşdımada saxlanılmalı.
S 16: Yanıcı mənbələrdən uzaq saxlanılmalı.
S 24/25: Göz ,üz və dəri ilə təmasda olmasından qorunulmalı.
S 29: Kanalizasiya və su kanallarına atılmamalı.
S 46: Dəriyə və gözə düşdükdə çox miqdarda su və sabunla
yuyulmalı, udulduqda həkimə müraciət edilməlidir.
Saxlama şərtləri:
Saxlama müddəti: 5-350C-də 3 ildir, istifadə müddəti bitdikdə mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir.
Saxlama şəraiti: Havalandırmasi olan anbarlarda, ağzı bağlı, açılmamış qablaşdırmada , quru və sərin yerdə.
Məhsulun qablaşdırılması:
Dəmir qutularda : 0,75 Lt; 2,5 Lt; 12 Lt; 15 Lt
Diqqətinizə çatdırılır: Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə mütəxəssis olmalı və əlavə məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və nəzəri məlumatları əldə etmək, təlimatları öyrənmək vacibdir.

Digər məhsullar